Azərbaycan milli komandasının heyətində dəyişiklik edilib.
Globalinfo.az xəbər verir ki, bu barədə AFFA məlumat yayıb.
Bildirilib ki, yığmanın futbolçusu Lorenzo Mezzotero son çempionat matçında zədələnib.
Zədə səbəbindən Lorenzo Mezzotero milli komandanın heyətindən çıxarılıb. Onun əvəzinə “Araz-Naxçıvan” klubunun üzvü Ağadadaş Salyanski milliyə dəvət olunub.