zeydi

ABŞ Prezidenti Donald Tramp İraqın Baş naziri Əli əz-Zeydiyə Vaşinqtonla Tehran arasında vasitəçilik etməyi təklif edib.

Globalinfo.az xəbər verir ki, bu barədə “Al Hadath” telekanalı məlumat yayıb.

Telekanalın mənbələrinin bildirdiyinə görə, İraqın baş naziri Trampla telefon danışığı zamanı İranla dialoqun qurulmasına dair bir sıra təşəbbüslər irəli sürüb. ABŞ Prezidenti bu təklifləri müsbət qarşılayaraq əz-Zeydini danışıqlar prosesinə qoşulmağa dəvət edib.

“Al Hadath”ın məlumatına əsasən, bundan sonra İraqın baş nazirinin rəhbərlik etdiyi nümayəndə heyəti gizli şəkildə Tehrana səfər edib.

Telekanal səfər zamanı aparılan danışıqların nəticələri barədə məlumat verməyib. İraq rəsmiləri də yayılan xəbərə hələlik münasibət bildirməyiblər.

Əliyar Xəlil,

Globalinfo.az 

Paylaş: