ZGFhYzBidSYnCi9JbRJ4M2RSexMrS3ZlM0pjWG1YY3V2EHYcKwU NSMYNlQlGy83Jx8pVDIFdSY2AXYMc0Y LjUYNRs7Rj8qJA09VXRbPHJwCTtJb184IndFbRl6UXcmfg5hV3BcOCMnCTpKIFtsI2QV

Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın ABŞ-nin vitse-prezidenti Cey Di Venslə İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzayinin Qətərdə keçirilməsi planlaşdırılan görüşü barədə danışıb.

Globalinfo.az xəbər verir ki, bu barədə “Türkiye” qəzeti məlumat yayıb.

Kalın Dohada gələn həftə baş tutması nəzərdə tutulan görüşün Vaşinqton və Tehran arasında danışıqlarda irəliləyiş əldə etmək üçün əhəmiyyətli fürsət yarada biləcəyini bildirib.

Ankarada keçirilən “Yaxın Şərqdə yeni regional ictimai müqavilə axtarışı” adlı konfransda çıxış edən MİT rəhbəri ABŞ-İran münasibətlərində diplomatik təmasların davam etdiyini və danışıqların həlledici mərhələyə qədəm qoyduğunu vurğulayıb. Onun sözlərinə görə, Türkiyə və regionun digər vasitəçiləri tərəflər arasında yeddi bənddən ibarət razılaşma üzərində işləyirlər.

Təklif olunan plana əsasən, İrana qarşı sanksiyaların ləğvi və ölkənin dondurulmuş aktivlərinin sərbəst buraxılması nəzərdə tutulur. Bunun əvəzində Tehran nüvə silahı əldə etməmək öhdəliyi götürməli, Beynəlxalq Atom Enerjisi Agentliyi ilə danışıqlara başlamalı və Hörmüz boğazındakı blokadanı aradan qaldırmalıdır.

Kalın tərəflər arasında başlıca fikir ayrılığının ilk addımı kimin atmalı olduğu ilə bağlı olduğunu qeyd edib.

MİT rəhbəri razılıq əldə edilməyəcəyi təqdirdə ABŞ-nin İrana yenidən zərbələr endirə biləcəyi barədə xəbərdarlıq edib. O, qarşıdakı bir neçə günün danışıqların gələcəyi baxımından həlledici olacağını bildirib.

Kalın, həmçinin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ABŞ Prezidenti Donald Trampla telefon danışığı zamanı İrana qarşı yeni hərbi əməliyyat keçirilməməsinə çağırdığını açıqlayıb.

Əliyar Xəlil, 

Globalinfo.az 

Paylaş: