Jurnalist və tanınmış bloger Bikəxanım Məmmədli 8 Noyabr Zəfər Günü münasibətilə təbrik paylaşımı edib.
O, 44 günlük Vətən müharibəsində xalqımızın nümayiş etdirdiyi birliyi, qəhrəman gənclərimizin Şuşa qayalarını fəth edərək tarixi dəyişməsini xüsusi vurğulayıb:
“Zəfər günü bizim üçün sadəcə təqvim tarixi deyil, illərdir çiyinlərimizdə daşıdığımız ağır həsrətin bitdiyi, qürurumuzun bərpa olunduğu gündür. Biz bu Zəfərin canlı şahidləriyik və bu tarixi heç vaxt unutmayacağıq.”
Bloqer, jurnalist Bikəxanım Məmmədli bu tarixi qələbəni xalqımıza yaşadan Müzəffər Ali Baş Komandan İlham Əliyevə, canı bahasına torpaqlarımızı azad edən şəhidlərimizə və qazilərimizə dərin minnətdarlığını bildirərək xalqımızı Zəfər Günü münasibətilə təbrik edib.