Agstafa qebullar 1

Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucovun Ağstafa şəhər 2 nömrəli və Muğanlı kənd tam orta məktəb binalarında keçirdiyi vətəndaşların növbəti səyyar qəbullarında rayonun hüquq-mühafizə orqanlarının rəhbər şəxsləri, aidiyyəti təşkilatların nümayəndələri və yerli sakinlər iştirak ediblər.

Globalinfo.az bildirir ki, RİH başçısı hər kəsi qarşıdan gələn Zəfər Günü münasibəti ilə təbrik edib, ölkəmizin hərbi qüdrətindən, dinamik sosial-iqtisadi inkişafından, xalqımızın firavan yaşayışının və regionlarımızın davamlı inkişafının əsas zəmanəti olan sülh, sabitlik və əmin-əmanlıqdan bəhs edib. Qeyd olunub ki, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilən dövlətçilik xəttinin mərkəzində dayanan vətəndaş amili və güclü dövlət qayğısı tarixi Zəfərdən sonra suveren ölkəmizin hər bir guşəsində özünü əks etdirir. Dövlət başçısının vətəndaş müraciətlərinə həssaslıqla yanaşılmasına dair tapşırıq və tövsiyələrinə uyğun olaraq, yerlərdə təşkil edilən qəbullar əhalini narahat edən məsələlərin yerindəcə araşdırılması və operativ həllinə xidmət edir.

Səyyar qəbullarda vətəndaşlar tərəfindən qaldırılan hər bir müraciət ətraflı təhlil olunub və operativ qaydada həlli məqsədilə icraata götürülüb. Aidiyyəti üzrə məsul şəxslərə müvafiq tövsiyələr və nəzarət qaydasında tapşırıqlar verilib.

Agstafa qebullar 2 Agstafa qebullar 3 Agstafa qebullar 4 Agstafa qebullar 5 Agstafa qebullar 6 Agstafa qebullar 7 Agstafa qebullar 8 Agstafa qebullar 9 Agstafa qebullar 10 Agstafa qebullar 11 Agstafa qebullar 12

Paylaş: