derman ela 11

“Kistoz-fibroz nadir xəstəliklərdəndir. Söhbət nadir hallarda rast gəlinən xəstəliklərin müalicəsində istifadə olunan dərman vasitələrindən gedir. Səhiyyə Nazirliyinin kollegiya qərarı ilə həmin dərman vasitələrinin qeydiyyatdan keçmədən ölkəyə idxalı üçün şərait yaradırıq”.

Globalinfo.az xəbər verir ki, bunu səhiyyə nazirinin müavini Rasim İsmayılov Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya, Əmək və sosial siyasət, Səhiyyə, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin birgə iclasında deputat Pərvanə Vəliyevanın kistoz-fibroz xəstələri üçün yeni növ və qabaqcıl modulyatorlar olan “Trikafta” və “Kalideko” preparatlarının Səhiyyə Nazirliyi Kollegiyasının 2 mart 2026-cı il qərarı ilə nadir xəstəliklərin müalicəsində istifadə olunan dərmanların siyahısına daxil edilməsi, dərmanların qeydiyyata alınması, lakin pasiyentlərin bu preparatlarla hələ də təmin olunmaması ilə bağlı fikrinə cavabında deyib.

O bildirib ki, “Dərman vasitələri haqqında” Qanuna əsasən, ölkəyə idxal olunan bütün dərman vasitələri qeydiyyatdan keçməlidir:

“Sadəcə, nadir hallarda rast gəlinən bəzi xəstəliklərlə mübarizədə istifadə olunan dərman vasitələrinin sayının az olması səbəbindən özəl əczaçılıq şirkətləri həmin preparatların ölkəyə gətirilməsində maraqlı olmur”.

Paylaş: