1793945859 uO2jAWWK large

Noyabrın 3-də ABŞ-da keçirilən ara seçkilərinin nəticələrinə görə, Amerika Erməni Milli Komitəsinin (ANCA) dəstəklədiyi namizədlərin 90%-i öz seçki dairələrində qalib gəlib.

Globalinfo.az xəbər verir ki, bu barədə ANCA məlumat yayıb.

Komitə bildirib ki, dəstəklədikləri 7 namizədin hamısı ABŞ Senatına seçilib. Kris Pappas (Nyu Hempşir) və Əbdül Əl-Sayed (Miçiqan) ilk dəfə, Ed Markey, Cek Rid, Kori Buker, Kris Kuns və Şerrod Braun isə təkrar seçilən senatorlardır. Hamısının da dəstəkçisi ANCA-dır.

Nümayəndələr Palatasına da Erməni Milli Komitəsi tərəfindən dəstəklənən ən azı 50 namizəd rəsmi olaraq elan edilmiş seçki məntəqələrində qalib gəlib. Konqresin Erməni Qrupunun həmsədrləri Frank Pallone, Gus Bilirakis və sədr müavini Bred Şerman yenidən seçiliblər.

Məlumata görə, yenidən seçilmək istəyən Konqres Erməni Qrupunun 92 üzvündən ən azı 76-sı artıq yerlərini qoruyub saxlayıb.

Ayşən Mustafa
Globalinfo.az 

Paylaş: