Screenshot 12


Rusiya Xarici İşlər Nazirliyi ölkə vətəndaşlarını İran ətrafında vəziyyətin yenidən gərginləşməsi təhlükəsi ilə əlaqədar müvəqqəti bu ölkəyə səfərlərdən çəkinməyə çağırıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova brifinq zamanı bildirib.

Onun sözlərinə görə, İran ətrafında yeni eskalasiya riskləri qalmaqdadır və buna görə də Rusiya vətəndaşlarına əvvəlki tövsiyələr qüvvədə saxlanılır.

“Vəziyyətin tənzimlənməsinə qədər vətəndaşlarımıza müvəqqəti olaraq İrana səfərlərdən çəkinməyi tövsiyə edirik”, – deyə Zaxarova vurğulayıb.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: