Portuqaliya millisinin kapitanı Kriştiano Ronaldo milli karyerasını başa vurduğunu açıqlayıb.
Globalinfo.az xəbər verir ki, 41 yaşlı futbolçu bu barədə sosial media hesablarında paylaşım edib.
“Əziz portuqaliyalılar! Milli komandamızın 7 nömrəli formasını təhvil verməyin vaxtı çatıb. Bu nömrənin yalnız mənə məxsus olduğunu heç vaxt düşünməmişəm. Lakin 23 il ərzində onu daşımaq şərəfinə və məsuliyyətinə sahib olmuşam”, – Ronaldo videomüraciətində deyib.
Qeyd edək ki, K.Ronaldo milli komandada 234 oyun keçirib və rekord sayda – 146 qol vurub.
Əliyar Xəlil
Globalinfo.az
