araratmirzoyan ab 900x506 1

“Ümid edirəm ki, Rusiyadakı tərəfdaşlarımızla məsələni hərtərəfli müzakirə edə biləcəyik. Əgər bu ifadəni işlətmək mümkündürsə, münasibətlərimizi sağlamlaşdıraraq yenidən məhsulların ixracına qayıda biləcəyik”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın xarici işlər və beynəlxalq ticarət naziri Ararat Mirzoyan 2027-ci il dövlət büdcəsinin ilkin müzakirəsi zamanı parlamentdə Avropa bazarlarına Ermənistan məhsullarının ixracı ilə bağlı danışarkən bildirib.

“Düşünürəm ki, bu məhdudiyyətlər yaxın gələcəkdə aradan qaldırılacaq”, – deyə o bildirib.

Qeyd edək ki, son dövrlər Rusiya tərəfindən Ermənistandan ixrac olunan bəzi kənd təsərrüfatı və qida məhsullarına, xüsusilə Avropa bazarlarına göndərilən yüklərə qarşı məhdudiyyətlər tətbiq edilib.

Bu addımlar məhsulların keyfiyyəti və fitosanitar tələblərlə bağlı narahatlıqlarla əsaslandırılıb.

Ermənistan tərəfi isə yaranmış problemlərin Rusiya ilə danışıqlar yolu ilə həllinə və ixrac məhdudiyyətlərinin aradan qaldırılmasına çalışır.

Əliyar Xəlil
Globalinfo.az  

Paylaş: