“2027-ci ildə şəhid ailələrinin və müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə 600 mənzilin alınmasına 40 milyon manat vəsait ayrılması nəzərdə tutulur”.
Globalinfo.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev bildirib.
Nazir əlavə edib ki, tibbi göstərişi olan müharibə əlillərinin avtomobillərlə, əlilliyi olan şəxslərin isə reabilitasiya vasitələri ilə təmin edilməsi üçün 30 milyon manatdan çox vəsait ayrılması planlaşdırılır.
Safura Bənnayeva
Globalinfo.az