
Rusiyanın Belqorod vilayətində mülki mikroavtobusun pilotsuz uçuş aparatının hücumuna məruz qalması nəticəsində üç nəfər həyatını itirib.
Globalinfo.az xəbər verir ki, bu barədə vilayət qubernatoru Aleksandr Şuvayev teleqram kanalında məlumat yayıb.
Onun sözlərinə görə, hadisə Rakityanski rayonunun Soldatskoye kəndi yaxınlığında baş verib. Qubernator hücumun Ukrayna Silahlı Qüvvələrinə məxsus pilotsuz uçuş aparatı tərəfindən məqsədli şəkildə həyata keçirildiyini iddia edib.
Bildirilib ki, mikroavtobusda olan üç nəfər – bir kişi, bir qadın və 8 yaşlı uşaq aldıqları xəsarətlərdən təcili tibbi yardım əməkdaşları hadisə yerinə çatana qədər dünyasını dəyişib.
Tahir Turan
Globalinfo.az