yol baglidir

Sabah saat 08:00-dan etibarən Qaradağ rayonunun Ələt və Səngəçal qəsəbələrində iki ünvanda təmir işləri aparılacaq.

Globalinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.

Bildirilib ki, təmir işləri ilə əlaqədar qeyd olunan ünvanlarda nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.

Sürücülərdən hərəkət zamanı diqqətli olmaları, yol nişanlarının tələblərinə əməl etmələri və aparılan işlərə anlayışla yanaşmaları xahiş olunur.

Paylaş: