6s8hqf504caMo2CrkMAcImIlzUoXeHNKbOomFzOc 1200

Bakının iki rayonunda yollarda təmir və yenidənqurma işləri aparılacaq, bəzi ərazilərdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.

Globalinfo.Az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.

Bildirilib ki, oktyabrın 29-da saat 08:00-dan etibarən Qaradağ rayonunun Ümid qəsəbəsinin mərkəzi yolunda təmir işlərinə başlanılacaq. Eyni zamanda, Nərimanov rayonunda Koroğlu Rəhimov və Təbriz küçələrinin kəsişməsində yolun hərəkət hissəsini genişləndirmək məqsədilə ayırıcı zolağın ləğvi işləri aparılacaq.

Təmir və yenidənqurma işləri ilə əlaqədar qeyd olunan ərazilərdə nəqliyyat vasitələrinin hərəkətinə tam məhdudiyyət tətbiq ediləcək.

Sürücülərdən alternativ yollardan istifadə etmələri, hərəkət zamanı diqqətli olmaları və aparılan işlərə anlayışla yanaşmaları xahiş olunur.

LqM6CN1PPVeGTN42IIBgyEei1iYtlkM1YrTrkevg 1200 opNavbY4h0u9M8CepdKjFRQeFk8JdURcMOCdkQ63 1200

Paylaş: