samvel karapetyan 900x600 2

Ermənistan İstintaq Komitəsi “Güclü Ermənistan” partiyasının lideri Samvel Karapetyanın evində axtarışlar aparır.

Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.

Axtarışlar həmçinin Karapetyanlarla əlaqəli digər ünvanlarda, o cümlədən partiyanın parlament fraksiyasının rəhbəri Narek Karapetyanın evində də aparılır.

Qeyd edək ki, Samvel Karapetyan 2026-cı il yanvarın 19-dan ev dustaqlığındadır.

O, 2025-ci ilin iyununda hakimiyyəti ələ keçirməyə çağırış ittihamı ilə həbs olunub və ev dustaqlığı barədə qərara qədər Milli Təhlükəsizlik Xidmətinin cəzaçəkmə müəssisəsində saxlanılıb.

Paylaş: