s8uJE0e1CTpEdCJu8gALi9zUMCmWDkg4tKN62yjq 1200

ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun bu ilin sonundan etibarən İsrailə hər il ayrılan təxminən 4 milyard dollarlıq hərbi yardımı dayandıracağını bildirib. Onun sözlərinə görə, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahu ilə bir neçə ay əvvəl razılıq əldə olunub.

Globalinfo.az xəbər verir ki, Tramp bu barədə “Fox News” telekanalına müsahibəsində danışıb.

ABŞ lideri bildirib ki, İsrail iqtisadi və hərbi baxımdan uğurlu ölkədir və artıq Amerikanın maliyyə yardımına ehtiyac duymur.

“Biz bu razılaşmanı bir neçə ay əvvəl əldə etmişik. İsrail də bundan razıdır, çünki çox uğurlu ölkədir. Onların yardıma ehtiyacı yoxdur və ilin sonundan etibarən bu dəstəyi artıq göstərməyəcəyik”, – deyə Tramp bəyan edib.

Bununla belə, ABŞ Prezidenti ehtiyac yaranacağı təqdirdə Vaşinqtonun İsraili dəstəksiz qoymayacağını vurğulayıb.

“Onlar bizim ən yaxın müttəfiqlərimizdir”, – deyə ABŞ lideri vurğulayıb.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: