rais resulzade 1

Dünyda Türkiyə ilə Azərbaycan arasında nifaq sala biləcək güc yoxdur.

Globalinfo.az-ın xəbərinə görə, Modern.az-a danışan Məhəmməd Əmin Rəsulzadənin nəvəsi Rais Rəsulzadə Azərbaycan-Türkiyə münasibətləri ilə bağlı öz fikirlərini açıqlayıb.

Rasizadə bildirib ki, dünyda elə bir güc yoxdur ki, Türkiyə ilə Azərbaycan arasında nifaq sala bilsin. Bunun misalını sovet imperiyası dövründə gördük. Bu imperiya iki ölkə arasındakı sərhəd dirəklərini nə qədər möhkəmləndirdisə, qardaşlar arasında sevgi də o qədər də gücləndi. Hesab edirəm ki, bu münasibətləri müzakirə eləmək belə yolverilməzdir. Biz bir millət iki dövlətik.

“Ad eyni, kültür eyni, danışıq eyni, din eyni, damarlarımızdan axan qan eyni…. Minillik tariximiz var. Aramıza girmək istəyənlər, unutmasınlar ki, biz gerçəkdən “bir millət, iki dövlətik”. Hətta bu gün bizi istəməyən, birliyimizi gözü götürməyən Avropa və digər dünya ölkələrində belə, istər – istəməz bu faktı təkrar edirlər. Bu məqamları unutmaq olmaz. Dostluq, birlik və əmin – amanlıq Azərbaycan-Türkiyə qardaşlığının ən ali sərvətidir. Tarixin köklərinə baxmaq lazımdır. Külək bu gün belə, sabah isə başqa cür əsə bilər. Külək qayadan heç nə apara bilməz. Əsas məsələ xalqlarımız arasındakı dostluq və birlikdir. Qardaşlığımız qırılmaz, əbədi və sarsılmazdır. Azərbaycanla Türkiyə arasındakı dostluq və qardaşlıq münasibətləri ayrı -ayrı siyasi proseslərdən asılı deyil”.

Paylaş: