1611559209 1 kcur

Noyabrın 3-də Hövsan-Türkan avtomobil yolunda (kanala yaxın ərazidə) aparılan təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək.

Globalinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

Bildirilib ki, məhdudiyyət səbəbindən 210, 215 və 218 nömrəli marşrutların hərəkət sxemləri müvəqqəti dəyişdiriləcək.

“Dəyişikliyə əsasən, 210 nömrəli marşrut Hövsan qəsəbəsi – Hövsan bağları, 218 nömrəli marşrut metronun “Əhmədli” stansiyası – Hövsan bağları, 215 nömrəli marşrut Türkan qəsəbəsi – Türkan bağları – Hövsan bağları (məhdudiyyət tətbiq edilən ərazi) istiqamətində fəaliyyət göstərəcək”, – deyə məlumatda qedy edilib.

Paylaş: