Şəkidə yol-nəqliyyat hadisəsində həlak olan hərbçi Səbuhi Ağazadə dəfn olunub.
Globalinfo.az Oxu.Az-a istinadla xəbər verir ki, mərhum Sumqayıtda torpağa tapşırılıb.
Qeyd edək ki, hadisə dünən Şəki-Qax avtomobil yolunun rayonun İnçə kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, “Lada Priora” markalı minik avtomobili idarəetmədən çıxaraq dərəyə aşıb. Hadisə nəticəsində avtomobildə olan Laçın rayon sakini, 24 yaşlı Səbuhi Ağazadə hadisə yerində ölüb, 4 nəfər isə xəsarət alıb.