l0uRuT8DtMqHj1TDgRKXhQlEdiJpUVYeL9fE5F6d 1200

ABŞ-də Florida ştatının Qrinakres şəhərində “Learjet” biznes-jetinin qəzaya uğraması nəticəsində 9 nəfər həlak olub.

Bu barədə ABŞ-nin nəqliyyat naziri Şon Daffi “X” sosial şəbəkəsində yazıb.

***00:35

ABŞ-ın Florida ştatında şəxsi təyyarənin qəzaya uğraması nəticəsində yaşayış evlərindən birində güclü yanğın baş verib. Hadisə zamanı çoxsaylı şəxslərin zərər çəkdiyi bildirilir.

Globalinfo.az xəbər verir ki, “Learjet 60” markalı təyyarə Qrinakres şəhərində, mobil evlərin yerləşdiyi ərazidə qəzaya uğrayıb.

İlkin məlumatlara görə, təyyarə əvvəlcə ağaca çırpılıb və elektrik xətlərini sıradan çıxarıb. Daha sonra isə yaxınlıqdakı yaşayış evlərindən birinə düşüb.

Qəzanın səbəbləri və başvermə şəraiti ilə bağlı araşdırma aparılır.

Paylaş: