ABŞ Prezidenti Donald Tramp İsraildə keçirilən seçkilərdə baş nazir Benyamin Netanyahunun onun dəstəyi sayəsində ağır məğlubiyyətdən yayındığını bildirib.
Globalinfo.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Tramp seçkilərdən əvvəl Netanyahuya açıq dəstək vermiş və bu addımın siyasi qüvvələr arasındakı balansı dəyişdirdiyini bildirmişdi.
Lakin səslərin hesablanması davam edərkən Netanyahunun rəhbərlik etdiyi blokla müxalifət arasındakı mübarizənin gərgin olduğu qeyd olunur. İlkin nəticələrə əsasən, tərəflərdən heç birinin hökumət qurmaq üçün parlamentdə tələb olunan 61 mandatlıq çoxluğu əldə etməsi hələ dəqiqləşməyib.
Safura Bənnayeva
Globalinfo.az