armen qriqoryan

“Ermənistan Təhlükəsizlik Şurasının keçmiş katibi Armen Qriqoryan Baş nazir Nikol Paşinyana incikliyini heç cür unuda bilmir”.

Globalinfo.az xəbər verir ki, bu barədə “Hraparak” nəşri yazıb.

Bildirilib ki, o, yaxınları arasında narazılığını gizlətmir:

“Qriqoryan Qərbin onu Paşinyana alternativ kimi gördüyünü, buna görə də heç bir səbəb olmadan vəzifəsindən uzaqlaşdırıldığını deyir. Onun qohumları və ailə üzvləri də hər yerdə Nikol Paşinyanı tənqid edir, baş nazirin öz adamlarından istifadə edib sonra kənara atdığını bildirirlər”.

Xatırladaq ki, Armen Qriqoryan avqust ayında vəzifəsindən azad edilib, onun yerinə bu posta Alen Simonyan təyin olunub.

Günay Rəsulqızı
Globalinfo.az 

Paylaş: