katib

“Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxarılmalıdır”.

Globalinfo.az xəbər verir ki, bunu KTMT-nin keçmiş baş katibi Nikolay Bordyuja “RİA Novosti”yə açıqlamasında deyib.

“Əgər onlar iştiraklarını dayandırırlarsa, lakin təşkilatdan çıxmırlarsa, KTMT-nin tamhüquqlu üzvü olaraq qalırlar. Əgər KTMT-nin tamhüquqlu üzvüdürlərsə, bu o deməkdir ki, bütün qərarlar – KTMT-də qərarlar konsensus əsasında qəbul edilir – onların mövqeyi nəzərə alınmaqla verilməlidir. Halbuki bu gün onların mövqeyi, əslində, KTMT çərçivəsində həyata keçirilən fəaliyyətlərlə artıq ziddiyyət təşkil edir”, – deyə Bordyuja izah edib.

Onun fikrincə, İrəvanın atmalı olduğu düzgün addım KTMT-dən tamamilə çıxmaqdır:

“Mən onları təşkilatdan çıxarardım. Üzvlük haqlarını ödəmirlər, iştirak etmirlər. Məsələyə ciddi yanaşsaq, əgər ciddi tərəfdaşdırlarsa, sadəcə olaraq təşkilatdan çıxmalıdırlar. Lakin onların mövqeyi ikilidir: nə çıxmaq istəyirlər, nə işləmək, nə iştirak edirlər, nə də iştirak etmək istəyirlər. Buna görə də onları təşkilatdan xaric etmək lazımdır”.

Xatırladaq ki, Ermənistanın KTMT-də üzvlüyü dondurulub.

Günay Rəsulqızı
Globalinfo.az

Paylaş: