Bülletenlərin 72.4 faizinin sayılmasından sonra Netanyahu Bloku 54, Ayzenkot Bloku 48, ərəb partiyaları 18 yer əldə edib.
***09:45
İsraildə səslərin 53.7 faizinin sayılmasından sonra Baş nazir Benyamin Netanyahunun bloku lider olsa da, bir qədər geriləyib.
Globalinfo.az bildirir ki, bu barədə İsrail Mərkəzi Seçki Komissiyası məlumat yayıb.
Məlumata görə, hazırda Netanyahu bloku Knessetdə 55, Ayzenkot Bloku isə 50 yer əldə edib.
Heç bir blok yeni hökumət qurmaq üçün Knessetdə lazım olan 61 yeri qazana bilməyib.
***
İsraildə dünən keçirilən parlament seçkilərinin ilkin nəticələri açıqlanıb.
Globalinfo.az xəbər verir ki, Bakı vaxtı ilə 08:00-a qədər səslərin 41,9%-i sayılıb.
Son məlumatlara görə, hazırkı Baş nazir Benyamin Netanyahunun tərəfdarlarının bloku Knessetdə 57 yer, müxalifət isə 47 yer əldə edir. Əsasən ərəb partiyalarından ibarət olan “Birləşmiş Siyahı” koalisiyası və RAAM ümumilikdə 16 yer qazanır.
Beləliklə, hazırkı vəziyyətə görə, əsas bloklardan heç biri parlament üstünlüyü üçün lazım olan 61 yer əldə etməyib.
***08:25
İsraildə parlament seçkiləri üzrə səslərin hesablanması prosesi davam edir. İlkin nəticələr Baş nazir Benyamin Netanyahunun rəhbərlik etdiyi blokun mövqelərini gücləndirdiyini göstərir.
Globalinfo.az xəbər verir ki, İsrail Mərkəzi Seçki Komissiyasının açıqladığı məlumatlara əsasən, seçki qutularının 32,5 faizindəki səslər hesablanıb.
Nəticələrə görə, Netanyahunu dəstəkləyən siyasi qüvvələr Knessetdəki 120 yerdən 57-ni, müxalifət bloku isə 47-ni qazanır.
***00:30
İsraildə parlament seçkiləri üzrə səsvermə yerli vaxtla saat 22:00-da, Bakı vaxtı ilə isə 00:00-da başa çatıb və seçki məntəqələri bağlanıb.
Globalinfo.az xəbər verir ki, artıq ekzit-poll nəticələri açıqlanmağa başlayıb.
KAN 11 telekanalının keçirdiyi sorğunun nəticələrinə əsasən, Benyamin Netanyahunun bloku 120 yerlik Knessetdə 50, Ayzenkotun rəhbərlik etdiyi anti-Netanyahu bloku isə 53 mandat qazanıb.
Kanal 13 (Channel 13) telekanalının ekzit-poll nəticələri də eyni göstəriciləri ortaya qoyub. Kanal 12-nin (Channel 12) sorğusuna görə isə Netanyahu bloku 50, Ayzenkot bloku 52 mandat əldə edib.
Beləliklə, ilkin nəticələrə əsasən, bloklardan heç biri hökumət qurmaq üçün tələb olunan minimum 61 mandatı toplaya bilməyib. Bu mənzərə seçkiqabağı sorğularda da öz əksini tapmışdı.
Diqqət mərkəzində olan əsas məqamlardan biri isə ərəb partiyasının nəticəsidir. Ekzit-pollara görə, partiya Knessetdə 17 mandat qazanıb. Onun Ayzenkot blokunu dəstəkləyəcəyi təqdirdə, bu blokun hökumət qurmaq imkanları arta bilər. Belə bir ssenaridə Benyamin Netanyahu hakimiyyətdən kənarda qala bilər.
Qeyd edək ki, ekzit-poll nəticələri ilkin göstəricilərdir və yekun seçki nəticələrini əks etdirməyə bilər.
***00:24
İsraildə keçirilən parlament seçkilərinin ilkin nəticələrinə əsasən, müxalifət partiyalarının birləşdiyi blok Baş nazir Benyamin Netanyahunun rəhbərlik etdiyi blokdan öndədir. Bununla belə, tərəflərdən heç biri parlamentdə çoxluğu təmin edə bilmir.
Globalinfo.az xəbər verir ki, bu barədə “Kan-11” telekanalının açıqladığı ekzit-poll nəticələrində bildirilib.
Qeyd edək ki, bundan əvvəl Netanyahunun “Likud” Partiyasının parlamentdə 25 mandat qazanaraq liderlik etdiyi barədə məlumat yayılmışdı.
Əliyar Xəlil
Globalinfo.az