“Çərşənbə günü Türkiyə, Qətər, Pakistan və İndoneziya birgə istehsal, tədqiqat və inkişaf, həmçinin hərbi təlimi əhatə edən “Bədr” müdafiə sənayesi memorandumunu imzaladı. Sənədi Qətərin, Pakistanın və Türkiyənin müdafiə nazirləri imzaladı, İndoneziya isə bu görüşdə müdafiə nazirinin müavini ilə təmsil olundu. Sənəddə qarşılıqlı müdafiə bəndi yoxdur. İpucu da elə bundadır”.
Globalinfo.az xəbər verir ki, bu sözləri politoloq Əlimusa İbrahimov deyib
Politoloq bildirib ki, avqustun 7-də Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistan tərəfindən imzalanan “Məkkə sazişi”kollektiv müdafiə paktıdır, yəni burada birinə hücum hamıya hücum sayılır:
“Saziş bu ay Səudiyyə Ərəbistanına husi hücumlarından sonra aktivləşdirildi. Bədr isə başqa bir iş görür. “Məkkə sazişi” kimin kiminlə dayanacağını müəyyən edir. Bədr memorandumu isə kimin nə istehsal edəcəyini soruşur.
Türkiyə rəsmiləri “Bədr”in dörd ölkənin bir-birini tamamlayan səylərini əks etdirdiyini deyirlər. Memorandumun əhatə etdiyi bəndlər ayrı-ayrı ikitərəfli layihələri vahid çərçivəyə çevirməkdən ibarətdir və bu layihələr realdır. Türkiyə İstanbulda tikilmiş iki “Babur” sinifli korveti təhvil verib və digər ikisini tamamlamaq üçün Karaçi gəmiqayırma zavodunu modernləşdirib. İndoneziyanın “Pindad” şirkəti ilə KAPLAN MT tankını birgə istehsal edir. Qətərdə “Aselsan” və “Barzan Holdings” yerli olaraq silah sistemləri istehsal edən BARQ-ı idarə edir. Qətərin müdafiə naziri keçən həftə bildirdi ki, daxili müdafiə istehsalı mərkəzi yaradılır. Memorandum həmçinin müttəfiq və tərəfdaş ölkələrin ehtiyaclarına xidmət etmək məqsədi daşıyır ki, bu da dörd paytaxtdan kənara uzanan hədəflərə işarə edir”.

Əlimusa İbrahimov
Politoloq bildirib ki, memorandumun imzalanmasının zamanlaması məqsədlidir:
“2017-ci ildə Qətərin blokadası, 2025-ci ildə Dohaya İsrail zərbəsi və bu il ABŞ-la İsrailin İrana qarşı müharibəsi Körfəz paytaxtlarına öyrətdi ki, xarici təchizatçılardan asılılıq yalnız satınalma seçimi deyil, həm də zəiflikdir. Ehtiyat hissələri, proqram təminatı və texniki xidmət platformanın özü qədər vacibdir.
Səudiyyə Ərəbistanının iştirak etməməsi təhqir deyil, çünki Riadın Ankara və İslamabadda müdafiə-sənaye əməkdaşlığı artıq “Məkkə sazişi” vasitəsilə həyata keçirilir. Pakistan hər iki çərçivədədir – birində təhlükəsizlik təminatçısı, digərində sənaye tərəfdaşıdır. Bu ikili rol “Bədr” haqqında ən mühüm strateji faktdır.
Növbəti kim olacaq? Genişlənmə ilk növbədə “Məkkə” üçün gündəmdədir. Misir ən çox adı çəkilən namizəddir, Banqladeş və Suriya üzvlük məsələsinə baxılmaqda olduğunu təsdiqləyib, analitiklər isə Qətəri təbii namizəd hesab edirlər. “Bədr” açıq klub kimi təqdim edilməyib və burada heç bir elan olunmuş qoşulma mexanizmi yoxdur..
Qonşular bunu necə münasibət bəsləyir? Bu tamam başqa mövzudur”.
Turan Rzayev
Globalinfo.az