Fransanın daxili işlər naziri Loran Nünez Parisin yaxınlığındakı İvelin departamentində insanlara qarşı törədilən silahlı hücumun terror aktı olduğunu bildirib.
Globalinfo.az xəbər verir ki, nazir brifinq zamanı 39 yaşlı kişinin bir nəfəri öldürməsi, daha dörd nəfəri yaralaması ilə nəticələnən hadisənin açıq-aşkar terror xarakterli cinayət olduğunu deyib.
O, şübhəlinin qısa müddətdə saxlanılmasına görə hüquq-mühafizə orqanlarının əməkdaşlarına təşəkkür edib.
Hadisə səhər saat 10:30 radələrində İvelin departamentində baş verib. Avtomobillə magistral yolda hərəkət edən şəxs yoldan keçən insanlara avtomatdan atəş açıb.
Silahlı hücum nəticəsində 26 yaşlı kişi həyatını itirib, 12 yaşlı qız isə ağır yaralanıb. Daha üç nəfərin də xəsarət aldığı bildirilir.
Şübhəli şəxs Trapp şəhəri yaxınlığında polis tərəfindən saxlanılıb.
Əliyar Xəlil