ursula von der leyen speech september 2023 900x506 1

Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen Qara dənizdə, Rumıniya sahilləri yaxınlığında Azərbaycan və Ukrayna vətəndaşlarının olduğu mülki gəmiyə zərbə endirilməsindən narahatlığını ifadə edib.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, Ursula fon der Lyayen bu barədə “X” hesabında paylaşım edib.

“Qara dənizdə Rusiyanın növbəti eskalasiyasından dərin narahatam. Ukrayna və Azərbaycan ekipajının olduğu mülki gəmi Rumıniya sahilləri yaxınlığında vurulub.

Bu məsuliyyətsiz hücumlar günahsız insanların həyatını hədəfə alır və beynəlxalq hüquqa açıq şəkildə ziddir.

Həlak olan dənizçinin ailəsinə və yaxınlarına başsağlığımı bildirirəm. Hələ də üç ekipaj üzvü itkindir. Onları tapmaq üçün yorulmadan çalışan xilasetmə qruplarına təşəkkür edirəm”, – Ursula fon der Lyayen qeyd edib.

Paylaş: