1780125994 1779436566 ozgur ozelden kemal kilicdarogluna ilk yanit ovl4 cover

CHP sədri Kamal Kılıçdaroğlu Özgür Özəl və keçmiş partiya nümayəndələrinin ayrılmazdan əvvəl CHP xəzinəsindən Yeni Partiyaya 5.100.000 TL köçürdüyünü iddia edib.

Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Məlumata görə, Kılıçdaroğlu pulun geri qaytarılması üçün xəbərdarlıq edib. Ödəniş edilmədiyi təqdirdə isə cinayət işi açılacağını bildirib.

“Onlar CHP-nin bank hesabını ləğv ediblər. Bu, tamamilə etik olmayan və ciddi bir problemdir. Biz onlara yazılı şəkildə pulun geri qaytarılmasını tələb etmişik.

Siz imza səlahiyyətinizdən öz xeyrinizə, başqa məqsədlər üçün istifadə edirsiniz. Bu, etik və düzgün deyil”, – Kılıçdaroğlu vurğulayıb.

Paylaş: