ukrayna ordusu 1 1

Rusiya-Ukrayna münaqişəsinin həlli yollarını müzakirə etmək məqsədilə cümə günü İstanbulda yeddi ölkənin nümayəndələrinin iştirakı ilə diplomatik görüş təşkil olunacaq.

Globalinfo.az xəbər verir ki, bu barədə “France-Presse” (AFP) agentliyinin Türkiyədəki diplomatik mənbələrə istinadən verdiyi məlumatda qeyd olunub.

Təşkil ediləcək danışıqlarda Türkiyə, Fransa, Böyük Britaniya, Almaniya, Səudiyyə Ərəbistanı, Pakistan və Misirin xarici işlər nazirləri bir araya gələcəklər.

Həm Moskva, həm də Kiyevlə balanslaşdırılmış münasibətləri qoruyub saxlayan Türkiyə tərəflər arasında əsas vasitəçi rolunu oynamağa çalışır.

Qeyd edək ki, sentyabrın əvvəlində Ankara Qara dənizdə ticarət gəmilərinə hücumların qarşısını almaq məqsədilə hər iki tərəfə anlaşma memorandumu təqdim etmişdi. Lakin bu təşəbbüs hələlik müsbət nəticə verməyib və ayın başlanğıcından bəri Bolqarıstan ilə Rumıniya sahillərində dronlardan istifadə halları daha da intensivləşib.

Tahir Turan
Globalinfo.az

 

Paylaş: