
Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreş Yəməndə şiddətlənən hərbi əməliyyatlarla bağlı tərəflərə müraciət edərək onları təmkinli olmağa çağırıb.
Globalinfo.az xəbər verir ki, BMT rəhbəri bu barədə bəyanatını “X” sosial şəbəkəsindəki rəsmi hesabında paylaşıb.
Quterreş Yəməndə müşahid olunnan zorakılıq hallarını kəskin şəkildə pisləyib və İran tərəfindən dəstəklənən husi üsyançılarının Səudiyyə Ərəbistanındakı mülki obyektləri hədəf alan hücumlarının qəbuledilməz olduğunu bildirib.
Baş katib vurğulayıb ki, üsyançıların bu addımları dinc əhaliyə böyük əziyyətlər yaşadır və regionda onsuz da həssas olan vəziyyəti daha da gərginləşdirir.
Münaqişənin həlli yollarına toxunan Quterreş qeyd edib:
“Bizə təmkinlik lazımdır, Yəmənin isə aydın siyasi üfüqlərə ehtiyacı var”.
Tahir Turan
Globalinfo.az