Ermənistanda “Güclü Ermənistan” partiyasının Stepanavan şəhərinin meri vəzifəsinə namizədi Arsen Gevorqyan iki ay müddətinə həbs olunub.
Globalinfo.az xəbər verir ki, bu barədə partiyanın parlament fraksiyasının katibi Tiqran Abrahamyan məlumat verib.
Onun sözlərinə görə, Gevorqyanla yanaşı, partiyanın iki tərəfdarı barəsində də qərar qəbul edilib. Onlar iki ay müddətinə ev dustaqlığına göndəriliblər.
Oktyabrın 21-də “Güclü Ermənistan” partiyası tərəfdarlarının saxlanıldığını və onların evlərində axtarışlar aparıldığını açıqlayıb.
Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin mətbuat xidmətinin məlumatına görə, rüşvət vermə, rüşvət alma və seçicilərin rüşvətlə ələ alınmasına kömək etmə ilə bağlı cinayət işi çərçivəsində 14 nəfər saxlanılıb.
Qeyd edək ki, avqustun 1-də Narek Karapetyan “Güclü Ermənistan” müxalifət blokunun parlament fraksiyasının rəhbəri seçilib.
Tahir Turan
Globalinfo.az