
Bakının Pirşağı qəsəbəsində həyət evində kirayə yaşayan ailə ilanlar səbəbindən ciddi problemlə üzləşib.
Globalinfo.az xəbər verir ki, Lətafət Musayeva üç azyaşlı övladı ilə yaşadığı evə bir neçə ilanın daxil olduğunu bildirib.
Şikayətçinin sözlərinə görə, evdə ilk ilanı gördükdən sonra onların qarşısını almaq məqsədilə müxtəlif yerlərə yapışqan məhlul yerləşdirib. Buna baxmayaraq, ilanların evə daxil olması ailənin rahat yaşamasına mane olur.
Məsələ ilə bağlı Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən bildirilib ki, problemin həlli qurumun səlahiyyətlərinə daxil deyil. Bununla əlaqədar Fövqəladə Hallar Nazirliyinə və Ekologiya və Təbii Sərvətlər Nazirliyinə də müraciət olunub.
Lakin verilən cavablardan sonra belə halların aradan qaldırılmasına hansı qurumun məsul olduğu aydınlaşmayıb.
Ətraflı videomaterialında: