kim cen in 2 900x506 1

***19.10.26  23:25

Şimali Koreya lideri Kim Çen İnin səhhətində problem yaşadığı və öldüyü barədə iddialar nüfuzlu nəşrlərin gündəminə düşüb.

Globalinfo.az xəbər verir ki, Şimali Koreyanın dövlət mediası bu məlumatları təkzib edib.

Nəşr Kim Çen İnin bazar ertəsi qızı ilə birlikdə geyim və ayaqqabı sərgisində iştirak etdiyini yazıb.

Qeyd edək ki, Kim Çenin ölüm və koma iddiaları X sosial şəbəkəsində yayılmağa başlayıb. Buna Çin Kommunist Partiyasının üzvlərinin Kim Çenin beyin qanaması keçirib komaya düşərək Pekindəki xəstəxanaya aparıldığı barədə paylaşımları səbəb olub.

Hətta “The Sun” nəşri yazıb ki, Kim Çen İn Pekindəki “Peking Union Medical College” xəstəxanasına aparılıb. Buna səbəb kimi Şimali Koreyanın paytaxtı Pxenyanda tibbi imkanların yetərsiz olduğu göstərilib.

Lakin Şimali Koreyanın dövlət mediası Kim Çenin sağ olduğunu və ictimai tədbirdə iştirak etdiyini açıqlayıb.

WhatsApp Image 2026 10 20 at 11.12.43 1 0_SDC_MDG_-_29261JPG.jpg

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: