
“İran ABŞ və İsrailə qarşı yeni hərbi plan hazırlayıb”.
Globalinfo.az xəbər verir ki, bunu İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rezai “X” hesabında yazıb.
Onun sözlərinə görə, İranın silahlı qüvvələri mümkün yeni qarşıdurmaya hazırlaşır:
“Hazırlanmış plan əvvəlki 12 və 40 günlük müharibələrdən daha dağıdıcı olacaq”.
O, ABŞ və İsrailin təhdidlərinin vəziyyəti dəyişməyəcəyini vurğulayıb:
“İranın yeni əməliyyatı qarşı tərəfin öyrəşdiyi qaydalarla aparılmayacaq”.
Safura Bənnayeva
Globalinfo.az