Paşinyan Əliyevlə Ermənistan-Azərbaycan sərhədində sərhədçilərin yerləşdirilməsi barədə razılaşıb. Yəqin, ermənilər başa düşmürlər, amma Paşinyan bununla Qarabağı rəsmən Azərbaycana verdi.
Globalinfo.az xəbər verir ki, bunu erməni ekspert Diana Barikyan deyib.
“Yeni yolun tikintisinin başa çatmasından sonra Azərbaycan Laçın yolunu açacaq. Yəni ermənilərə rahat şəkildə Azərbaycandan çıxmağa izin veriləcək, geridönüşdə isə onlardan Azərbaycan vətəndaşlığının qəbulunu tələb edəcək. Yəqin, ermənilərin hamısı başa düşmürlər, amma Paşinyan bununla Qarabağı rəsmən Azərbaycana verdi”, – o bildirib.
Qeyd edək ki, bu gün çıxış edən Paşinyan Bakı ilə yeni Laçın yolu istiqamətində 12 kilometrlik sərhədin 7 kilometrini razılaşdırdıqlarını bildirib. O, sərhədə hərbçilərin yerləşdiriləcəyini, bununla Ermənistanın sülh gündəminə sadiq olduğunu vurğulayıb.
İlkin Həsənov
Globalinfo.az