“ABŞ Prezidenti Donald Tramp və Rusiya lideri VladimirPutin razılaşması Qərb dəyərlərinə, demokratiyaya və ədalətə inanan cəmiyyətin böyük bir hissəsini qəzəbləndirib və ümidsizliyə sürükləyib”.
Globalinfo.az xəbər verir ki, bunu “Respublika” partiyasının rəhbəri Aram Sarkisyan deyib.
“Düşünürəm ki, tələsmək lazım deyil. Bu, Trampdır – fikirlərini tez-tez dəyişən adam.
ABŞ Konqresinə noyabrda keçiriləcək aralıq seçkilərinə cəmi bir neçə həftə qalıb.
Seçkilərdən sonra isə əminəm ki, Tramp tamamilə əks mövqe sərgiləyəcək. Bu, ilk dəfə deyil”, – deyə o qeyd edib.
Xatırladaq ki, oktyabrın 9-da ABŞ və Rusiya arasında prezidentlər səviyyəsində razılaşma əldə edilib. Razılaşmaya əsasən, Rusiyaya dizel yanacağının satışına tətbiq edilən sanksiyalar aradan qaldırılır, Rusiya tərəfi isə sonradan tədarükün həcminin artırılması şərti ilə ayda 300 min ton dizel yanacağı tədarük etməyi öhdəsinə götürüb.
Günay Rəsulqızı
Globalinfo.az