
ABŞ Konqresində Rusiyadan xam neft idxalının tamamilə qadağan edilməsini nəzərdə tutan ikipartiyalı qanun layihəsi hazırlanır.
Globalinfo.az xəbər verir ki, “Ronald Reyqan: Güc vasitəsilə sülh” adlanan qanun layihəsinin səsverməyə çıxarılması nəzərdə tutulur.
Nümayəndələr Palatasının üzvü Brayan Fitspatrik təşəbbüsün Konqresdə geniş dəstək qazanacağına ümid etdiyini bildirib.
Papa Fransiskin son arzusu Qəzzada gerçəkləşir
Qanun layihəsi ABŞ Maliyyə Nazirliyinin Rusiya mənşəli dizel yanacağının tədarükünə tətbiq edilən sanksiyalardan 7 aprel 2027-ci ilədək müvəqqəti istisna verməsi fonunda gündəmə gəlib.
Təşəbbüs müəllifləri Rusiyadan xam neft idxalının qarşısını almaq üçün qanunvericilik səviyyəsində məhdudiyyətlərin tətbiqini hədəfləyirlər.
Qanun layihəsinin qəbul olunub-olunmayacağı və onun ABŞ-ın enerji siyasətinə necə təsir göstərəcəyi isə səsvermənin nəticəsindən asılı olacaq.
Globalinfo.az