“Ukrayna Prezidenti Volodimir Zelenski emosional davranır”.
Globalinfo.az xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.
O, Zelenskinin hazırda düşünülmüş qərarlar qəbul edə bilmədiyini iddia edib:
“Zelenski düşünülmüş addımlar atmaq iqtidarında olsaydı, sülh danışıqlarına meyilli olduğunu nümayiş etdirərdi”.
Xatırladaq ki, Tramp bir gün əvvəl Ukraynanın yeni liderə ehtiyacı olduğunu bildirmiş, Zelenskini tənqid edərək onun bütün dünya üçün problemlər yaratmaq istədiyini söyləmişdi.
Almaniyanın “Bild” və “Welt” nəşrlərinin jurnalisti isə Zelenskiyə yaxın mənbəyə istinadla Kiyevdə Trampın bu açıqlamasının şok və təəccüblə qarşılandığını yazıb.
Safura Bənnayeva
Globalinfo.az