hucum

“NATO Kalininqrad vilayəti yaxınlığında Rusiya əleyhinə təxribat təşkil edərək genişmiqyaslı hərbi əməliyyatlara başlaya bilər”.

Globalinfo.az xəbər verir ki, bunu hərbi ekspert Yuri Knutov deyib.

O qeyd edib ki, alyans bu vəziyyətdən Donbassa qoşun yeritmək üçün bəhanə kimi istifadə edə bilər.

“Beləliklə, alyansın kollektiv müdafiəni nəzərdə tutan 5-ci maddəsi işə salınar və təkcə Kalininqrad ərazisində deyil, Belarusla bağlı da hərbi əməliyyatlar başlayar. NATO qoşunları Donbasa yeridilər. Təəssüf ki, bu proses artıq başlayıb”, – deyə ekspert vurğulayıb.

Knutov qeyd edib ki, belə şəraitdə Rusiyanın Donbasdakı fəaliyyəti həlledici rol oynayacaq.

“Hərbi əməliyyatlarda nə qədər uğurlu olsaq, Ukraynanın arxa cəbhəsinə qarşı Aerokosmik Qüvvələrimiz və Hərbi Dəniz Donanmamız nə qədər fəal fəaliyyət göstərsə, xüsusi hərbi əməliyyat qarşısında qoyulan məqsədlərə nail olmaq və onun qlobal Üçüncü Dünya müharibəsinə çevrilməsinin qarşısını almaq şansımız bir o qədər artar”.

Qeyd edək ki, bundan əvvəl ABŞ dövlət katibi Marko Rubio Ukraynada münaqişənin gərginləşməsi və onun daha təhlükəli regional münaqişəyə çevrilməsi riskinin olduğunu bildirmişdi.

Günay Rəsulqızı
Globalinfo.az

Paylaş: