merkel

Almaniyanın keçmiş kansleri Angela Merkel ABŞ Prezidenti Donald Trampla xatirəsini bölüşüb.

Globalinfo.az xəbər verir ki, o, Ağ Ev rəhbərinin kameralar qarşısında əlini sıxmaqdan imtina etdiyini xatırladıb.

Onun sözlərinə görə, hadisə 2017-ci ilin martında baş verib.

“Mən “Donald, gəlin əl sıxaq” deməklə səhv etdim. O, diqqəti özünə çəkmək istəyirdi. İstədiyi budur – hamının ona baxmasını təmin etmək”, – Merkel deyib.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: