iran partlayis

İran istehsalı “Shahed-136” tipli pilotsuz uçuş aparatları İraqın Kürdüstan bölgəsində, Ərbil vilayətinin Rizqari ərazisində əməliyyat keçirib.

Globalinfo.az xəbər verir ki, hücum zamanı ən azı iki partlayıcı yüklü dron İran kürd müxalif qrupunun bazasını hədəf alıb.

Zərbə nəticəsində əraziyə ciddi ziyan dəyib, lakin insan tələfatı olmayıb. Bazanın hücumdan əvvəl boşaldıldığı iddia edilir.

Rizqari bölgəsində yerləşən bazanın İranın kürd müxalif təşkilatlarından birinə məxsus olduğu qeyd olunur.

Hücumun məsuliyyətini hələlik heç bir tərəf rəsmən üzərinə götürməyib, lakin müstəqil mənbələr əməliyyatın İran tərəfindən keçirildiyini yazır.

Tahir Turan
Globalinfo.az

Paylaş: