Putin sürücülük vəsiqəsini necə və haradan aldığını AÇIQLADI: “20 yaşında olarkən…”

Putin sürücülük vəsiqəsini nə vaxt və harada almasından danışıb.

Globalinfo.az xəbər verir ki, Rusiya lideri bu barədə dövlət məmurları ilə keçirdiyi görüşdə deyib.

O bildirib ki, ilk dəfə sürücülük vəsiqəsini 20 yaşında olarkən oxuduğu universitetin hərbi kafedrasından alıb:

“Mən şəxsən 20 yaşımda sürücülük vəsiqəsi almışam. DOSAAF-da (Ordu, Aviasiya və Hərbi Dəniz Qüvvələrinin Təşviqi üzrə Könüllü Cəmiyyət – red) yox, universitetdə hərbi kafedrada… Amma DOSAAF-da da həmişə eyni şey baş verib. Yəni orada da sürücülük vəsiqəsini əldə etmək imkanı yaradılıb”, – deyə Putin vurğulayıb.

Kreml rəhbəri qeyd edib ki, DOSAAF-da gənclər bir çox faydalı bacarıqlara yiyələnirlər:

“DOSAAF ölkə vətəndaşlarının hərbi xidmətə hazırlanması və hərbi-vətənpərvərlik ruhunda tərbiyə olunması üçün yaradılan və vətəndaş cəmiyyəti ilə Silahlı Qüvvələr arasında əlaqə rolunu oynayan ictimai dövlət təşkilatıdır”, -deyə Putin fikirlərini tamamlayıb.

Əliyar Xəlil
Globalinfo.az