8ZULKgzplDuq 1

Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycan əsgərinin ölkə ərazisinə daxil olması və saxlanılması zamanı çəkiliş aparılıb-aparılmadığı məsələsinə münasibət bildirib.

Globalinfo.az xəbər verir ki, Paşinyan parlamentdə hökumət saatı zamanı müxalifət deputatı Liana Qasparyanın sualını cavablandırarkən hadisənin görüntülərinin olub-olmamasını bilmədiyini deyib.

Onun sözlərinə görə, saxlanılan zaman əlində odlu silah olan azərbaycanlı əsgər müqavimət göstərməyib.

Baş nazir Nəsimi Musayevin üzərində müəyyən xəsarətlər olduğunu vurğulayıb.

Qeyd edək ki, əsgər Nəsimi Musayevin saxlanılması barədə məlumat 1 oktyabrda yayılıb. 2 oktyabrda isə onun barəsində 2 aylıq həbs qətimkan tədbiri seçilib. N.Musayevin 26 sentyabrdan hərbi hissəni özbaşına tərk etdiyi iddia olunur.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: