kadirov

“Çeçenistan Rusiya Prezidenti Vladimir Putinin respublikanın ilk lideri Əhməd-Hacı Kadırova verdiyi dəstəyi heç vaxt unutmayacaq”.

Globalinfo.az xəbər verir ki,  bunu Çeçenistan rəhbəri Ramzan Kadırov “Telegram” kanalında yazıb.

Dövlət başçısını doğum günü münasibətilə təbrik edən Kadırov vurğulayıb ki, Putin adı Çeçenistan üçün xüsusi məna daşıyır.

Onun sözlərinə görə, atası Əhməd-Hacı Kadırov respublikanın gələcəyinin qəbul edilən qərarlardan asılı olduğu bir vaxtda Rusiya prezidentinin dəstəyini alıb.

“Bu, respublikamızın sülh yolu ilə dirçəldilməsinin mümkünlüyünə inanan və bu tarixi işi Əhməd-Hacıya etibar edən bir insanın dəstəyi idi. Bu gün biz həmin etimadın əsl dəyərini daha aydın anlayırıq”, – deyə Kadırov yazıb.

O əlavə edib ki, Çeçenistan Rusiyanın müasir tarixi ilə əbədi bağlıdır.

“Bizim üçün xüsusilə vacibdir ki, Rusiyanın başında onun maraqlarını hər zaman qətiyyətlə müdafiə edən və heç kimə xalqımızın gələcəyinin necə olacağına qərar verməyə imkan verməyən prezident dayanır”, – deyə Kadırov qeyd edib.

Əliyar Xəlil
Globalinfo.az  

Paylaş: