Zaxarova 1131

“Fransada gənclərin etirazları zamanı polisin hərəkətləri ilə bağlı Yelisey sarayının susması məni narahat etdi”.

Globalinfo.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova “Sputnik” radiosunun efirində deyib.

“Düşünürəm ki, dünən həmin görüntüləri hamı gördü – polis öz vətəndaşlarına qarşı heç bir səbəb olmadan sərt davranırdı”, – deyə o bildirib.

Qeyd edək ki, Fransanın Daxili İşlər Nazirliyinin məlumatına görə, oktyabrın 6-da tələbə etirazları zamanı 488 nəfər saxlanılıb.

Sen-Deni kommunasının meri Balis Baqayoko Fransada nümayişlərə çıxan məktəblilərə qarşı polis tərəfindən həddindən artıq güc tətbiq edilməsinə görə Fransa Prezidenti Emmanuel Makronu ittiham edib.

Baqayokonun sözlərinə görə, məhz Makron “qanuni güc”ün hüquq-mühafizə orqanlarının tərəfində olduğunu bildirib və bununla da polisin sərt addımlar atmasına zəmin yaradıb.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: