ABŞ prezidenti Donald Tramp Ukraynadakı münaqişənin tezliklə həll olunacağına söz verib.
Globalinfo.az xəbər verir ki, o, bu açıqlamanı Baltimorda çıxışı zamanı verib.
Tramp Vaşinqtonun hələ də hərbi əməliyyatların dayandırılmasına nail olmadığını, lakin şəxsən “bunun üzərində işlədiyini” bildirib.
“Düşünürdüm ki, bu, mənim üçün ən asan şey olacaq; səkkiz müharibəyə son qoymağı bacarmışam. Və bu, tezliklə baş verəcək”, – siyasətçi bildirib.
Tahir Turan
Globalinfo.az