Analitik Argişti Kiviryan ermənilərin əksəriyyətinin Birinci Qarabağ müharibəsini qələbə kimi görmədiyini bildirib.
Globalinfo.az xəbər verir ki, Kiviryan bu barədə sosial şəbəkə hesabında yazıb.
O qeyd edib ki, Ermənistan 1991-ci ildən sonra miqrasiya dalğaları səbəbindən 1,5-2 milyon nəfər itirib.
Pezeşkian Azərbaycan və Türkiyə ilə oyun oynadı – Yanlış addımın cəzası…
“Bundan daha böyük bir fəlakət təsəvvür etmək mümkündürmü? İndiyə qədər bütün fəlakətlərimizin kökündə bu demoqrafik göstərici dayanır”.
Analitik bildirib ki, münaqişədə əldə olunan nəticəni yalnız ərazi və hərbi uğurlar baxımından qiymətləndirmək düzgün deyil. O, əhali itkisini də qələbənin nəticələri baxımından mühüm amil kimi göstərib.
Kiviryan fikrini tarixi “Pirr qələbəsi” nümunəsi ilə müqayisə edərək, böyük itkilər hesabına əldə olunan qələbələrin uzunmüddətli nəticələrinin də nəzərə alınmalı olduğunu vurğulayıb.
Tahir Turan
Globalinfo.az