Makron Davos 900x597 1

Fransa Prezidenti Emmanuel Makronun hakimiyyəti dövründə ölkənin Avropanın iqtisadi baxımdan ən zəif həlqələrindən birinə çevrildiyi bildirilir.

Globalinfo.az xəbər verir ki, bu barədə bu barədə “Bloomberg”in məqaləsində qeyd olunub.

Bildirilib ki, Makron 2017-ci ildə biznesyönümlü siyasətçi kimi hakimiyyətə gəlib, ölkədə iqtisadi və siyasi dəyişikliklər vəd edib.

Lakin agentliyin qiymətləndirməsinə görə, prezidentin siyasi hərəkatının onun 2027-ci ildə vəzifədən getməsindən sonra ciddi şəkildə zəifləməsi gözlənilir. Makronun elan etdiyi “iqtisadi inqilab”ın isə Fransanın ənənəvi dövlət xərclərinə əsaslanan iqtisadi siyasətini köklü şəkildə dəyişdirmədiyi vurğulanır.

Makronun hakimiyyəti dövründə verilən böyük dəyişiklik vədlərinə baxmayaraq, Fransanın iqtisadi modelində gözlənilən dönüş tam şəkildə baş verməyib.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: