
Ermənistan parlamentinin “Hayastan” fraksiyasının deputatı Levon Köçəryan hüquq-mühafizə orqanlarının Azərbaycan vətəndaşının saxlanılması ilə bağlı fəaliyyətini tənqid edib.
Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.
Köçəryan Azərbaycan vətəndaşının necə saxlanıldığını və polis avtomobilinə mindirildiyini göstərən görüntülərin olub-olmaması ilə maraqlanıb:
“Azərbaycanlını necə tutduqlarını, necə maşına mindirdiklərini göstərən videolar çəkilibmi? Çəkilməyibsə, niyə? Yəni bu videolar yalnız müxalifət nümayəndələrini tutanda lazımdır?
Məsələn, mən azərbaycanlını necə tutduqlarını, necə apardıqlarını görməyi çox istərdim. Niyə Qaqik Tsarukyanın evinə daxil olanda onu yerə yıxdıqlarını və bütün bunları göstərirlər, amma erməni ailəsinin evinə daxil olan azərbaycanlının necə tutulduğunu və aparıldığını biz görməməliyik? Çünki bu, onların sülh gündəminə zərər vura bilər”.
Xatırladaq ki, bir qədər əvvəl Azərbaycan hərbi qulluqçusu Nəsimi Musayevin Ermənistanın Şaki yaşayış məntəqəsində saxlanılıb. Ona cinayət işi açılıb və iki aylıq həbs qətimkan tədbiri seçilib.
Safura Bənnayeva
Globalinfo.az