Sovet və rusiyalı psixoterapevt, teleaparıcı Anatoli Kaşpirovskinin oğlu atasının dəfnində iştirakdan imtina edib.
Globalinfo.az xəbər verir ki, bu barədə RİA Novosti məşhur şəxsin qardaşı oğlu Yuri Mamayevə istinadən məlumat yayıb.
“Gulizar – dayımın həyat yoldaşı ilə telefonla danışdıq. Sergey (Kaşpirovskinin oğlu) dəfn mərasimində olmayacaq. Sergey dəfnə gəlməkdən imtina edib. Hazırda Amerikadadır”, – deyə Mamayev bildirib.
Qeyd edək ki, Anatoli Kaşpirovski 87 yaşında vəfat edib. O, 1980-ci illərin sonunda televiziya vasitəsilə keçirdiyi kütləvi müalicə seansları ilə məşhurlaşıb. Psixoterapevtin müalicə üsulları dəfələrlə şübhə altına alınıb. 2006-cı ildə Çelyabinskdə o, xalq təbabəti ilə qanunsuz məşğul olduğuna görə inzibati məsuliyyətə cəlb edilib.
Əliyar Xəlil
Globalinfo.az